top of page

Liseyin strukturu

/

Kiçik akademiya

/

/

/

Öyrən, inkişaf et, yarat!

Liseyin strukturu üç pillədən idarətdir:

 - İbtidai (I-IV)

 - Əsas (V-IX)

 - Orta(X-XI)

 Lisey aşağıdakı bölmələr (dekanlıqlar)  üzrə fəaliyyət göstərir:

İbtidai bölmə (I-IV)

Profiləqədər bölmə (V-VII)

Kibernetika bölməsi, Biokimya-genetika bölməsi , Humanitar bölmə (VIII-XI)

1999/2000-ci tədris ilindən liseydə I sinif açılmışdır.

Liseyin pedaqoji kollektivi qarşısına fəal,təşəbbüskar,qeyri-standard düşüncəyə və dərin təxəyyülə malik,daim  potensialını dəyişən dünyada sərbəst yaşamağı,cəmiyyətdə düzgün yaşam səmtini tapmağı, ən əsası öz yaradıcı potensialını tətbiq etməyi bacaran istedadlı şagirdlər yetişdirmək kimi taktiki vəzifə qoyub.Bunun üçün şagirdlərin elmin bu və ya digər istiqamətinə marağından asılı olaraq onların könüllü iştirakını  nəzərdə tutan əlavə təhsil fəaliyyətini həyata kecirmək zəruriləşir.Kiçik akademiya bu vəzifəni həyata keçirən qurum kimi təhsilin keyfiyyətinin artirilmasinin təsirli vasitəsinə çevrilib

 

KA lisey şagirdlərinin könüllü yaradıcı cəmiyyəti, özünü idarə orqanıdır. KA özündə elmin, texnikanın, incəsənətin, mədəniyyətin müəyyən sahəsi üzrə biliyini artırmağa, intelektini və yaradıcı qabiliyyətini inkişaf etdirməyə, alim və pedaqoqların rəhbərliyi altında  elmi tədqiqatçılıq işlərini yerinə yetirmək bacarığına və vərdişlərinə yiyələnməyə çalışan şagirdləri birləşdirir. 

/

bottom of page