top of page

 İnnovativ Müəllim Müsabiqəsi

Müəllimlərin nəzərinə!

 

2015-ci il aprel ayının 13-dən 18-nə qədər Bakı şəhəri “Zəngi” liseyində Müəllimlər üçün nəzərdə tutulmuş İnnovativ Müəllim Müsabiqəsi elan edilir.

 İnnovativ Müəllim Müsabiqəsi aşağıdakı nominasiyalar üzrə keçirilir:

I nominasiya - “İnteraktiv mozaika”:

  • Ən yaxşı təqdimat. Bu istiqamət üzrə müsabiqəyə İxtiyari fənn üzrə istənilən dərsi əhatə edən təlim materialı təqdim edilə bilər. Dərsin icmalı MS Word  mətn redaktorunda, təqdimatı isə MS PowerPoint proqramında hazırlanır.
  • İKT-dən istifadə etməklə innovativ dərs layihəsi. Bu istiqamət üzrə müsabiqəyə təqdim olunan materiallar ən yeni texniki vasitələrlə, novator tədris metodikasından istifadəni əks etdirməlidir. Fnnlər arası şaquli və üfiqi inteqrasiyaların olması vacibdir. Dərsin icmalı MS Word  mətn redaktorunda, təqdimatı isə MS PowerPoint proqramında hazırlanır.
  • “Ağıllı lövhədən” istifadə ilə ən yaxşı dərs layihəsi. Bu istiqamət üzrə müsabiqəyə Promethean interaktiv lövhədən istifadə edərək ActivInspire və ya Mimio proqramında hazırlanmış ən yaxşı elektron tədris vəsaitlərinin qurulması.
  • İnternet resursları vasitəsilə yaradılan ən yaxşı dərs/tədris layihəsi. Bu istiqamət üzrə müsabiqəyə təqdim olunan layihə təlim zamanı internetdən istənilən istifadənin yeni formaları vasitəsilə hazır materiallardan müəllim və şagirdlərin  səmərəli istifadəsi.

II nominasiya -  “Pedoqoji ideyalar portfiliosu”:

  • Didaktiv oyunlar. Bu istiqamət üzrə müsabiqəyə bir dərsin fəal və interaktiv təlim fəaliyyətinin müxtəlif mərhələlərində istifadə olunan ən maraqlı layihə.
  • Təlim tapşırıqları toplusunun yaradılması.Bu istiqamət üzrə müsabiqəyə test tapşırıqları, ev tapşırığı, iş vərəqləri (praktiki tapşırıqlar), krossvordlar və ya plkatlar təqdim edilir
  • Ən maraqlı məktəb tədbiri, bayram və ya viktorina ssenarisi

 

İnnovativ Müəllim Müsabiqəsi iki mərhələdə həyata keçirilir:

I mərhələişlərin texniki ekspertizası, qiymətləndirilməsi.

II mərhələ Müsabiqə komissiyası tərəfindən seçilmiş nominantların hazırladıqları işlərin Təşkilat Komitəsi qarşısında təqdimatı. 

İştirak etmək istəyənlər hər gün saat 10-13 dək 9 saylı otağa (VMA) müraciət edə və ya elektron qeydiyyat formasını bu ünvanda doldura bilərsiniz: 

Qeydiyyatdan keçdikdən sonra müsabiqəyə təqdim edilən işlərinizi liseyzengi@gmail.com ünvanına göndərin.

“Virtual Dünya” Şagird Müsabiqəsi 

Şagirdlərin nəzərinə!

“Öyrən, inkişaf et, yarat!”

13, 14 mart 2015-ci il tarixində Bakı şəhəri “Zəngi” liseyində şagirdlər üçün nəzərdə tutulmuş “Virtual Dünya” Müsabiqəsi elan edilir. “Virtual Dünya” Müsabiqəsi aşağıdakı nominasiyalar üzrə keçirilir:

 

I nominasiya - “İKT bacarıqları” istiqaməti üzrə:

V sinif - Paint proqramında qrafik təsvirlərin hazırlanması;

VI sinif - MS Word proqramında elektron sənəd hazırlanması;

VII sinif - Elektron təqdimatın MS PowerPoint proqramında  hazırlanması;

VIII sinif - Elektron informasiya dizayn işlərinin MS Publisher proqramında   hazırlanması;

IX sinif - müxtəlif proqramlardan istifadə edərək (Microsoft Power Point, Adobe Flash, 3DS MAX və s.) animasiya hazırlanması

 

II nominasiya - “Gənc proqramçı” istiqaməti üzrə:

V sinif - alqoritmin hazırlanması;

VI, VII sinif - ALPLoqo vasitəsilə proqramların hazırlanması və icrası;

VIII sinif  - alqoritm yaradılması;

IX sinif - Pascal proqramlaşdırma dilində proqramın tərtib edilməsi.

Bütün istiqamətlər üzrə müvafiq mövzu-tapşırıqlar iki akademik saat (90 dəqiqə) ərzində eyni vaxtda icra edilir. 

“Virtual Dünya”

Şagird Müsabiqəsinin qalibləri 

 

I     n o m i n a s i y a   -   “İ K T   b a c a r ı q l a rı”

 

 

V sinif

 

Paint proqramı

1. Ağayeva Səbinə           5r

2. Həşimov Süleyman   5a1

3. Rəşidzadə Tahirə        5a5

 

VI sinif

 

MS Word proqramı

1. Cəlilov Amil                 6r

2.Hüseynov Vasif            6a5

3. Kərimov Məhəmməd  6r

 

VII sinif

 

MS PowerPoint proqramı

1.-

2.-

3. Məmmədov Sadiq        7a2

 

VIII sinif

 

MS Publisher proqramı

1.-

2. Aslanlı Vüsal                8ka2

 

 

II     n o m i n a s i y a     -    “G ə n c    p r o q r a m ç ı”

 

 

V sinif

 

Alqoritmin hazırlanması

1.Orucova Banu                 5a2

2. Ağayev Murad               5a1

3. Yusibov Elxan                5a1

 

VI  sinif

 

ALPLoqo proqramında hazırlanması

1. Yusifova Aynur              6r

2.Əliyev Fuad                     6a4

3. Allacov Nihat                 6a4

 

VII sinif

 

ALPLoqo proqramında hazırlanması

1. Məmmədov Talış            7r

2. Mirzəyeva Səriyyə           7a2

 

VIII sinif

 

Alqoritm hazırlanması

1.-

2. Əliyev İdris                      8ka2

3. Babayev Hüseyin            8ka4

 

 

 

 

“Zəngi” liseyində şagirdlər üçün nəzərdə tutulmuş “Virtual Dünya-2015” müsabiqəsinə yekun vuruldu. 8 aprel  liseydə  müsabiqə qaliblərinin mükafatlandırma mərasimi Naidə İsayevanın iştirakıilə keçirilib. Qaliblərə müvafiq diplomlar və hədiyyələr təqdim olunub.

zəngi müsabiqə
zəngi liseyi
zəngi müsabiqə
zəngi müsabiqə
zəngi müsabiqə
zəngi müsabiqə
zəngi mesabiqə
zəngi müsabiqə
zəngi müsabiqə
zəngi müsabiqə
zəngi müsabiqə
zəngi müsabiqə
bottom of page