top of page

Tarix qədər qədim olduğu halda, çox gənc fənn - İNFORMATİKA.

Kameradan gələn təsviri tərcümə

 

Cari ilin may ayında Google kompaniyası kameradan gələn təsviri anında tərcümə edən Word Lens servisini əldə edib. Tətbiq pulsuz olsa da, əvvəllər tərcümənin keyfiyyəti pis idi.

Bu gün  şəbəkəyə Google translatenin növbəti versiyasının  skrinşotu əlavə edilib. Bu Word Lens funksionallığını özündə birləşdirir. İngilis, fransız, alman, italyan, portuqal, rus və ispan dillərini dəstəkləsə də, ancaq ya ingilis dilinə, ya da ingilis dilindən tərcümə mümkündür. Məsələn, rus dilindən fransız dilinə tərcümə mümkün deyil.  

Kameradan tərcümə gələcək Google Translate-nin  yeganə yeni funksiyası deyil. Danışıq rejimi eyni anda iki  seçilmiş dildə aparılacaq, müxtəlif dildə danışan insanların söhbətini  eyni anda tərcümə edəcək. Məsələn, rus-ingilis tərcüməsində, rus dilində  danışan insanın  danışığı ingilisə, onun həmsöhbətinin sözləri isə  rus dilinə tərcümə olunacaq. Bu məsələ yəqin ki, ən çox turistlərə sərf edəcək.  

FaktXəbər-in verdiyi məlumata görə, təəssüf ki, yeni tətbiqin nə .apk-faylı, nə də istifadəyə çıxış müddəti açıqlanmayıb. Ümidvarıq ki, yenilik özünü çox gözlətməyəcək.

Facebook yanvarın 1-dən şəxsi məlumatlarınızı hamıya yaya bilər

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi (ETM) internet istifadəçilərinə xəbərdarlıq edib.

Mərkəz sosial şəbəkələr və hər hansı veb saytlarda qeydiyyatdan keçərkən onların təhlükəsizlik siyasəti və fərdi məlumatlardan istifadə şərtləri ilə əvvəlcədən tanış olmağı tövsiyə edir.

Mərkəz istifadəçilərin fərdi məlumatlarının konfidensiallığının təmin olunmaması və ya başqa tərəflərə ötürülməsi şərti olduğu halda, həmin veb saytlarda qeydiyyatdan keçməyi məsləhət görmür.

ETM-in bu tövsiyəsinə səbəb «Facebook» sosial şəbəkəsinin öz istifadə şərtləri, fərdi məlumatlardan istifadə siyasətini dəyişməsi barədə bildiriş yayması olub. 

Belə ki, fərdi məlumatlardan istifadə siyasətində istifadəçilərin təhlükəsizliyinin təmin olunması ilə bağlı bir sıra maddələrlə yanaşı, onları narahat edə biləcək dəyişiklik də var: «Sosial şəbəkə 1 yanvar 2015-ci il tarixindən etibarən öz istifadəçilərinə heç bir xəbərdarlıq etmədən onlara məxsus məlumatların üçüncü tərəfə - reklam şirkətləri, operatorlar və digər maraqlı tərəflərə ötürülməsi barədə qərar qəbul edib».

Qeyd edək ki, sosial şəbəkənin rəhbərliyi bütün istifadəçilərə bildiriş göndərməklə hal-hazırda bu barədə onları məlumatlandırır. Siyasətdəki bu önəmli dəyişikliklə razı olmayan istifadəçilər bu sosial şəbəkədən istifadəni dayandıra bilərlər.

Azərbaycan ən viruslu ölkələr üçlüyündə

 

Azərbaycanda istifadəçilərin 43,50 faizi internet vasitəsilə virusa yoluxma riski ilə üzləşib.
Bu barədə "Kasperski laboratoriyası" şirkətinin saytında dərc edilən 2014-cü ilin üçüncü rübünün yekunları üzrə "İnformasiya təhlükələrinin inkişafı" icmalında deyilir. İcmala görə, cari ilin II rübü ilə müqayisədə bu göstərici 6,2 faiz artıb.
İcmala əsasən, Azərbaycan internet vasitəsilə virusa yoluxma riskinə daha çox məruz qalan 20 ölkə arasında üçüncü yeri tutur. TOP 10-na 46,68 - 30,05 faizlə daxil olan ölkələr - Rusiya, Qazaxıstan, Azərbaycan,Ermənistan, Ukrayna,İran, Vyetnam, Belarus, Moldova və Əlcəzairdir.
Ən böyük yoluxma riskinə məruz qalmış ölkələrin iyirmiliyinə, həmçinin Tacikistan, Qırğızıstan, Monqolustan, Qətər,Özbəkistan, Gürcüstan, Türkiyə, BƏƏ, İndoneziya və Almaniya daxildir. İnternet istifadəçilərinin riskə daha az meyilli olduqları ən təhlükəsiz ölkələr sırasına daxildir: Sinqapur (10,5 faiz), İsveç (12,4 faiz), Danimarka (13.2 faiz), Yaponiya (13,3 faiz), CAR (16,0 faiz), Finlandiya (16,1 faiz) və Niderland (16,6 faiz).
Dünyanın müxtəlif ölkələrində istifadəçilərin kompüterlərinin internet vasitəsilə məruz qaldığı virusa yoluxma riskinin dərəcəsini qiymətləndirmək üçün şirkət bir rüb ərzində hər bir ölkədə istifadəçinin veb-antivirusunun neçə dəfə işə düşdüyünü hesablayıb.
2014-cü ilin III rübündə "Kasperski laboratoriyası" dünyanın müxtəlif ölkələrinə yerləşdirilmiş internet resurslardan həyata keçirilən 367 mindən çox hücumu dəf edib. Göstərilən dövr ərzində antivirus həlləri istifadəçilərin kompüterində təqribən 1,3 milyard virus hücumu aşkarlayıb. İstifadəçilərin kompüter və mobil qurğularında bloka alınmış zərərli hücumların sayı 26,6 milyonu ötüb.

Kompyuterin fəsadları 

 

Hal hazırda kompyuterlər həyatımızın bir çox sahələrində istifadə olunur.
Bir çox peşələri kompyutersiz təsvir etmək mümkün deyil. Bəli, kompyuterlər işimizi, həyatımızı xeyli asanlaşdırıb. Lakin bu, bizim sağlamlığımızın hesabına baş verir.
Kompyuterdə uzun müddət ərzində işləyən insanların bir çox orqan və sistemlərinə ciddi ziyan vurulur. 
1. Belə ki, kompüterdə işləyən insan uzun müddət ərzində hərəkətsiz oturmağa məcbur olur. Bu isə onurğa sütunda müxtəlif ağır və geriyədönməz dəyişikliklərə səbəb olur. Osteoxondroz (xüsusilə boyun osteoxondrozu), onurğa sütunu yırtıqları belə insanlarda kompyuterdə işləməyən insanlarla müqayisədə daha tez-tez müşahidə olunur.

Bundan əlavə uzun müddət ərzində oturan insanda bədənin aşağı hissəsində qan durğunluğu yaranır. Bu isə toxumaların qidalanmasında pozulmalara səbəb olur, damarların divarlarını zədələyir. Nəticədə bu qrup insanlarda kişi və qadın cinsiyyət sistemi pozulmaların, babasilin inkişafı riski olduqca çoxalır. Kişilərdə bu prostatitin inkişafına təkan verir. 
2. Kompyuterdə uzun müddət ərzində işləyən insanların gözləri daim gərginliyə məruz qalır. Bütün dünya oftalmoloqları etiraf edir ki, uzun müddət ərzində kompyuterdə işləyən insanlarda müxtəlif görmə pozulmaları yaranır. Xüsusilə bu görmə problemləri olan insanlar üçün çox təhlükəlidir. Belə ki,miopiyadan (yaxınıgörmə) əziyyət çəkən insan uzun müddət ərzində kömpüterdə işləyərsə, onun görməsi daha da zəifləyəcək. Qlaukoma kimi ağır və korluqla nəticələnə bilən xəstəliyin inkişafı riski kompyuterdə uzun müddət ərzində işləyən insanlarda xeyli yüksəkdir. 

 Oftalmologiyada hətta bir neçə yeni termin əmələ gəlib. Məsələn, "monitor xəstəliyi". "Monitor xəstəliyi" zamanı gözün akkomodasiya qabiliyyəti (gözün müxtəlif məsafələrdə olan şeyləri aydın görməyə uyğunlaşma) pozulur. Müxtəlif məsafələrə (yaxın, uzaq) baxdıqda, göz bülluru öz əyriliyini dəyişir. Bu, normal fizioloji prosesdir və bu prosesə xüsusi kiçik əzələlər cavabdehdir. Lakin əgər insan uzun müddət ərzində eyni yerə (monitora) baxırsa, bu əzələlərin fəaliyyətində pozulmalar yaranır. Məhz bu səbəbdən kompyuterdə bir neçə saat işlədikdən sonra insan hiss edir ki, uzağa baxdıqda çox dumanlı və pis görür. Belə hal daim təkrarlandıqda görmə zəifləyə bilər.
Daha bir yeni termin "quru göz sindromu". Normada insan 1 dəqiqə ərzində təxminən 20 dəfə göz qırpır. Bu zaman gözün buynuzlu qişası göz yaşı mayesi ilə daim nəmlənir və təmizlənir.
Kompyuterdə işləyən insan 3 dəfə az göz qırpır, nəticədə buynuzlu qişa quruyur və bu müxtəlif pozulmalara səbəb olur. Gözlər yanmağa başlayır, qaşınır, qızarır, qözlərin kənarlarında olan damar toru daha aydın görünməyə başlayır. Vaxt keçdikcə bu simptomlar hətta kompyuterdə işləmədikdə də yox olmur və daha gözəçarpan olur.
Göz yaşı antiseptik xüsusiyyətlərinə malikdir və gözə havadan və s. düşən müxtəlif infeksiyaları və mikrobları zərərsizləşdirir. İnsan daha gec-gec göz qırpdıqda, bu gözdə infeksiya riskini artırır. 
3. Uzun müddət ərzində kompyuterdə işləyən insanın barmaqlar və əllərin oynaqları və əzələləri və bazu önü əzələləri daim güclü gərginliklərə məruz qalır ki, bunun nəticəsində bu hissələrdə tez-tez təkrarlanan ağrılar, qıcolmalar olur. Belə ağrılar hətta insanı yuxuda narahat edir, oyanmağa vadar edir 
4. Kompyuterdə işləyən insanların əksəriyyəti gün ərzində çoxlu müxtəlif məlumatlarla işləyir, bu məlumatları analiz edir, müxtəlif məsələləri həll edirlər. Bütün bunlar isə insanın sinir sistemini daim gərgin vəziyyətdə saxlayır. Bu isə xroniki streslərə, xroniki yorgunluq sindromuna səbəb olur.
Uzun müddət ərzində kompyuterdə işləyən insanlarda güclü və tez-tez təkrarlanan baş ağrıları, qulaqlarda küy, başgicəllənməsi, ürəkbulanması kimi simptomlar yaranır.

Kompyuterdə uzun müddət ərzində işləyən insanlarda spesifik psixiki pozulma olan "kompyuter asılılığı" yarana bilər. 
5. Uzun müddət ərzində kompyuterdə işləyən insanlarda azhərəkətlilik və xroniki streslər ürək-damar sistemi pozulmaların, şəkərli diabetin riskini artırır.

Həzm sistemində də müəyyən pozulmalar yaranır - qəbizlik və s.
Təbii ki, kompyuterlərdən tam imtina etmək mümkün deyil. Lakin onların bizim orqanizmimizə olan mənfi təsirini azaltmaq mümkündür.
- Bunun üçün işinizdə hər 30 dəqiqədən bir bir neçə dəqiqəlik fasilə edin, ayağa qalxın, gəzişin.
- Hər 20-30 dəqiqədən bir gözlərinizi monitordan çəkib uzağa (pencərədən çölə və s.) baxın.
- Kompüterdə oyunlar oynamayın, İnternetdən lazım olandan artıq istifadə etməyin.
- Məntləri mümkün qədər monitorda yox, kağızda oxuyun (çap edin və oxuyun).
- Kompüterdə hər hansı sizdən asılı olmayan proses getdikdə, monitora baxmayın. Telefonla danışdıqda, fikirləşdikdə monitora yox, uzağa baxın.
- Monitor göz səviyyəsindən bir qədər aşağıda yerləşməlidir.
- Daha tez-tez açıq havada olun, sağlam qidalanın, idmanla məşğul olun, kifayyət qədər yatın və dincəlin.

bottom of page