top of page

Vətən bir şağirdin gözü ilə

Mən  görmədiyim amma eşitdiyim gözəl bir məkan haqqında sizə danışmaq istərdim.Mən artıq böyüyüb boya başa çatdiqda,özümü dərk etdikdə böyüklərim mənə  ZƏNGİLAN haqqında danışırdılar.ZƏNGİLAN mənim döğma yurdumdur.Mənim valideyinlərimin burada gözəl xatirələri olmuşdur.Mən onların danışdıqları hekayələri cox bəyənirəm.

Mən bu hekayəlri sizə də danışmaq isterdim.Rayonumuzda QOTUR SU deyilen müalicevi su var idi.Burada əhali və qonaqlar üçün pansianat da tikilmişdir.Alıbəyli çayı ərazisində  rayonlar arasında ən böyük sahələri suvarmaq ücün su nasosu stansyaları qurulmuşdu. Buranın münbit gözəl torpağı olduğundan insanlar təsarufat, əkinçilik ve maldarlıqla məşqul olan zəhmətkeşəhalisi vardır.ZƏNGİLAN da ən dadlı üzüm növleri yetişdirilirdi. Burada üzüm zavodu,kanserva  zavodu fəaliyət gösterirdi.

Bu cür gözəl şəfalı rayonumuzda indi alçaq düsmənlər gəzir.İnsanların minbir zəhmətlə qurub yaratdıqları evlərdən indi əsərəlamət qoymayıblar. Hər yeri yandırıb söküb dağıdıblar/ Zəngilan  müharibəsində  dəhşətli,ən unudulmaz heç yaddan çıxmayan anlar var ki, o anları unutmaq çox çətindir.

Müharibənin ən qızğın vaxtları idi. Bizim əsgərlər Kafan rayonuna hücuma keçib onların necə kəndini  ələ keçirmişdilər. Bütün əsgərlər sevinirdi ki neçə igid oğlanların qanı yerdə qalmadı, düşmənin neçə əsgərini məhv etmiş, onların tankını ələ keçırmışdi. EMİN NƏSİBOVUN sevincinin həddi hüdudu yoxdu,amma bu sevinc çox uzun sürmədi, sən demə bu EMİN NƏSİBOVUN son dəfə sevinməsi idi. Düşmən snayperçisinin açdığı atəş EMİN NƏSİBOVU  VƏTƏN yolunda ŞƏHİD etdi. Onu dəfn edərkən belə güclü atışma gedirdi.

 Rayona hücum edən  duşmənlərin qarşısında bizim ordumuz aciz qaldi; hərbi sursatimiz yoxdu. Zəngilanin igid oglu Adil Rustəmov necə erməni əsgərini məhf etmişdi hətta ermənilər onun basina pul mukafati qoymusdu.Rayonu daxil olan  dusmənlərin qarşısında bizim igid əsgərlərimiz cəsurluqla döyüşürdülər. Şayifli kəndini ələ keçırən düşmən silhı qutaran ADİL  Rustəmovu ələ kecirib onu ozləri ilə aparnaq istəyiblər lakin cəsur ZƏNGİLANLİ  əsgərimizi tanka mindirə bilməyən  düşmənlər ADİL RUSTƏMOVUN başini kəsərək onu qətlə yetirirlər, amma alçaq duşmən ZƏNGİLANI ələ kecirdi.

BU MÜHARİBEDE MENİM ATAMIN DAYISI NƏRİMANOV ELŞAD Zəngilan polisinde konüllu  döyüşlərdə vuruşurdu, Zəngilan alındıqdan sonra onudan hec bir xəbər yoxdu.Onun itgin düşdüyünü deyirlər.Bütün qohumlar, ailəsi Elşad dayının nə vaxtsa qayidacagi günu səbirsizliklə gözləyirlər amma 19 ildi arzular gerçəkləşmək bilmir.Onun da vətən yolunda ŞƏHİD oldugunu qəbul etmişik.Zəngilan əhalisi Araz cayini soyuq payiz  ayinda ayaqyalin,başı aciq kecməyə məcbur qaldılar.İllərnən zəhmətnən yıgıb yaratdıqlari ev–eşiklərini qoyub çıxmağın nə demək olduğunu  ancaq bu günləri yaşayan Zəngilanlılar bilər.  Bu səhnələri hec bir Zəngilanlı unuda bilməz.Mən bütün bunları eşidmişəm ALLAH TALADAN arzulayıram ki ZƏNGİLANIMIZ alınsın. Mən eşitdiyim gözəllikləri cənnət diyarı olan doğma torpğımızı qarış-qarış gəzim.Səfalı bulaqlarından içib,təmiz havasından udub dünyaya səs salan Çinar meşəsində gəzəm.İnşallah gün gələr ZƏNGİLANLILARIN Zəngilan həsrətinə tezliklə son qoyular.

 

                                                         Zəngi liseyi 8 ka2 sinif şagirdi Paşayev Kərim

bottom of page